Xidmətlər
Biz uşaqların hərtərəfli inkişafını dəstəkləmək və valideynlərin rahatlığını təmin etmək üçün geniş çeşidli xidmətlər təklif edirik. Hər bir uşağın fərdi ehtiyaclarını nəzərə alaraq, onların akademik, sosial və fiziki bacarıqlarını inkişaf etdirən proqramlar hazırlamışıq. Tədris proqramlarımız, sağlam qidalanma, təhlükəsizlik, nəqliyyat və daha çoxunu əhatə edən xidmətlərimiz, uşaqların hər gününü həm öyrədici, həm də əyləncəli etməyi hədəfləyir.
Bizimlə, övladlarınızın güvənli, sevgi dolu və təhsil yönümlü bir mühitdə böyüyəcəyinə əmin ola bilərsiniz. Hər bir detalı düşünülmüş şəkildə planlayaraq, uşaqların xoşbəxt, sağlam və uğurlu bir gələcəyə addım atmaları üçün lazım olan hər şeyi təmin edirik.
Bağça proqramının qısa icmalı
1. Biz Kimik
- Mənim Haqqımda Hər şey: Öz kimliyini, ailəni, sevdiklərini və sevmədiklərini anlamaq.
- Sağlam Bədən, Sağlam Ruh: Fiziki və zehni sağlamlığın vacibliyini başa düşmək.
- Hisslər və Emosiyalar: Müxtəlif emosiyaları tanımaq və ifadə etmək.
- Dostluq və Münasibətlər: Dostluq qurmağı, əməkdaşlığı və empati qurmağı öyrənmək.
- Rollar və Vəzifələr: Evdə və icmada fərdi rolları anlamaq.
- Məkan və Zaman Çərçivəsində Haradayıq
- Mənim Ailə Tarixim: Ailə ağacını araşdırma.
- Dünyadakı Evlər: Fərqli ev və yaşayış mühitləri haqqında öyrənmək.
- Səyahətlər və Araşdırmalar: Məşhur kəşfiyyatçıları və müxtəlif səyahət formalarını kəşf etmək.
- Fəsillər və Zaman: Zaman, fəsillər və gündəlik qaydalar anlayışlarını anlamaq.
- Festival və Ənənələr: Fərqli mədəni festivalları və ənənələri qeyd etmək.
- Özümüzü Necə İfadə Edirik
- Rənglər və Emosiyalar: Rənglərin hissləri və əhvalları necə ifadə edə biləcəyini araşdırmaq.
- Musiqi və Hərəkət: Fikirləri və emosiyaları ifadə etmək üçün musiqi və rəqsdən istifadə.
- Hekayə Anlatma və Drama: Hekayələr və oyunlar yaratmaq və canlandırmaq.
- İncəsənət və Yaradıcılıq: Müxtəlif incəsənət materialları və texnikaları ilə təcrübə aparmaq.
- Dil və Ünsiyyət: Fikirləri və hissləri ünsiyyətin müxtəlif yollarını araşdırmaq.
- Dünya Necə İşləyir
- Hava və Fəsillər: Müxtəlif hava növlərini və mövsümi dəyişiklikləri araşdırma.
- Bitkilər və Heyvanlar: Canlıların xüsusiyyətlərini və ehtiyaclarını araşdırmaq.
- Su və Onun İstifadəsi: Suyun əhəmiyyətini və müxtəlif istifadə yollarını anlamaq.
- Materiallar və Onların Xüsusiyyətləri: Müxtəlif materiallar və onların xüsusiyyətləri ilə təcrübə aparmaq.
- Sadə Maşınlar: Əsas maşınlar və onların bizə necə kömək etdiyini öyrənmək.
- Davranışı Necə Tənzimləyirik
- Yaşadığımız Mühit: Müxtəlif işlər və rollar haqqında öyrənmək.
- Nəqliyyat: Müxtəlif nəqliyyat vasitələrini və onların istifadəsini araşdırmaq.
- Mağazalar və Bazarlar: Mal və xidmətlərin necə mübadilə olunduğunu başa düşmək.
- Qaydalar və Rutinlər: Müxtəlif şəraitlərdə qaydaların və rutinlərin əhəmiyyətini öyrənmək.
- Texnologiya və İnnovasiya: Sadə texnologiyaları və onların həyatımıza təsirini araşdırmaq.
- Planetimiz
- Canlı və Canlı Olmayan Şeylər: Canlı və cansız şeylər arasındakı fərqləri anlamaq.
- Təkrar Emal və Qoruma: Təkrar emal, qoruma və ətraf mühitə qayğı göstərməyi öyrənmək.
- Məskənlər və Ekosistemlər: Müxtəlif yaşayış yerləri və orada yaşayan heyvanları araşdırmaq.
- Yediyimiz Bitkilər: Yediyimiz müxtəlif bitkiləri və onların haradan gəldiyini kəşf etmək.
- Hava və İqlim: Havanın və iqlimin canlılara necə təsir etdiyini araşdırmaq.
Yarım günlük erkən inkişaf proqramı
Biz hər bir uşağın potensialının olmasına inanırıq. Bizim Erkən yaş Uşaq İnkişaf Proqramımız balacaların inkişafı üçün təhlükəsiz, maraqlı, onların fəal iştirakını təşviq edən öyrədici mühit təklif edir.
🌟 Hərtərəfli Öyrənmə Yanaşması: Bizim proqram oyun və sorğu-əsaslı öyrənmə təcrübəsi vasitəsilə uşaqların sosial-emosional, idrak və fiziki inkişafına görə tərtib edilib.
👶 Fəal və pozitiv heyət: Komandamız entuziast və bacarıqlıdır və hər bir uşağın həyat boyu davam edəcək güclü təməli üçün hər bir uşağa dəstək göstərir və fərdi yanaşır.
🎨 Yaradıcı kəşflər: İncəsnət və sənətkarlıqdan , musiqi və fiziki hərəkətlərə qədər bizim proqram, unikal istedad və bacarığını kəşf etmək üçün uşaqların yaradıcılığını və özünü ifadə etməsini gücləndirir və həvəsləndirir
📚 Güclü Təməl: Bizim proqrama daxildir məktəbə hazırlıq üçün: ilkin savadlılıqla bağlı dinləyib anlama bacarıqları, riyazi bacarıqlar; yaradıcı inkişaf üçün rəsm, yapma; estetik inkişaf üçün rəqs və nəğmə; idrak inkişafı üçün ətraf mühitl tanışlıq, müxtəlif oyunlar, təbiət elmi və İT üçün robototexnika və elmi təcrübələri əhatə edən fəaliyyətlər. Montessori və İB yanaşmaları uşaqlarda kritik düşüncə, yaradıcılıq, müzakirə, təqdimat bacarıqlarını formalaşdırır.
Proqramın əsas üstünlükləri:
- Kiçik qruplarda məşğələlər
- Təhlükəsiz Mühit
- Kamera vasitəsilə izləmə imkanı
- Meyvə və kiçik qəyanaltı
Proqrama daxildir:
1. Ətraf mühitlə tanışlıq
2. İlkin savadlılıq məşğələləri
3. Nağıl saatı
4. Rəsm və müsiqi
5. Rəqs
6. Robototexnika
7. Kiçik elmi təcrübələr
8. Valideynlər üçün ayda bir dəfə seminar
Proqramın tətbiqi vaxtı Montessori və İB yanaşması istifadə oluncaq. Bu yanaşmalar uşaqlarda gələcək üçün lazımi bacarıqları formalaşdıracaq: tənqidi və analitik düşüncə, təqdimat bacarıqlar. Proqram beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən hazırlanıb.
8.00 – uşaq qəbulu
9-9.45 – səhər yeməyi
10 – 11.00 məşğələ
11.00- 12.30 gəzinti və oyunlar
12.30 – 13.00 qəlyanaltı və evə yola salınma
Məktəbəhazırlıq proqramı
Məktəbəhazırlıq proqramı uşağın gələcək akademik nailiyyətləri və ümumi inkişafı üçün vacib mərhələdir. Elmi araşdırmalar heç olmasa bir il məktəbə hazırlıq proqramına getmiş uşağın formal təhsil pilləsində daha uğurlu olmasını sübut edir Məktəbəhazırlıq proqramı niyə vacibdir:
- Akademik nailiyyət
- Öyrənmənin təməli: Uşaqlar formal təhsil pilləsində daha uğurlu olur. Onların riyaziyyat, oxu, diggər idrak bacarıqları formal təhsildə yeni məzmunu qavramaqda kömək olur.
- Rahat keçid: Uşaqların məktəb mühitinə daha asan adaptasiya olmasına kömək edir.
- Öyrənməyə olan müsbət yanaşma: Öyrədici və dəstəkləyici mühitdə formal təhsillə bağlı müsbət fikir yaranır.
- Sosial və emosional inkişaf
- Social bacarıqlar: Məktəbəhazırlıq proqramı dostlarla bölüşmək, növbəsini gözləmək, digər uşaqlarla əməkdaşlıq etmək kimi sosial bacarıqlarını formalaşdırı. Bu bacarqlar formal təhsil zamanı sinif yoldaşları və müəllimlə daha sağlam mnasibət qurmağa kömək edir.
- Emosional olaraq hazırlıqlı olmaq: Uşaqlar öz emosiyalarını idarə edə bilir, valideynlərdən ayrılaraq tədris mühitinə daha asan adaptasiya olurlar.
- Davranış qaydaları
- Qaydalar riayət etmək: Sinif qaydalarını – danışmaq üçün əl qaldırmaq, dinləmək, sıraya düzlənmək- anlayır və riayət edir.
- Diqqət və qrupda iştirak: Uşaq tapşırıqlara daha fokuslanmağı bacarır, digərlərinin fikirlərinə hörmət edir və dinləməyi öyrənir.
Proqrma daxildir:
- Savadlılıq və riyazi biliklər
- Ətraf mühit haqqında biliklər
- Tənqidi və analitik düşüncə bacarıqları
- Problem həll etmə bacarığı
- Nəzəri biliklərin praktiki tətbiqi
- Kiçik elmi təcrübələr
- Meyvə və ya qəlyanaltı
Məşğələlər kiçik qruplarda aparılır. Həftədə 3 və ya 5 gün 3 saat olmaqla azərbaycan və rus dilllərində təşkil olunur.
Digər xidmətlər
Bağçamız qarşısına qoyduğu missiyasını həyata keçirtmək üçün dəyər və keyfiyyətə əsaslanan, beynəlxalq və yerli standartlar əsasında əlavə müxtəlif xidmətlər təklif edir:
Sosial-emosional inkişaf
Erkən yaşlarda uşaqlar həyatlarının ən böyük sosial- emosional təcrübələrini yaşayırlar. Bu, onların sosial bacarıqlarını, əlaqə qurmaq, əlaqələrin dəyərini öyrənmək və başqaları ilə birlikdə əməkdaşlıq etmək bacarıqlarını, özünə inam, empati hissinin inkişaf etdirmələrinə kömək edir. Bunun üçün bağçamız sizə aşağıdakıları təklif edir:
- Rəsm
- Rəqs
- Piano dərsləri
- Müxtəlif musiqi alətlərində ifalar
İdrak inkişafı
Bu inkişaf sahəsi problem həlli, məsələyə tənqidi yanaşma, qərar vermə bacarığı, təxəyyülün inkişafı, bilik və baraqıların formalaşmasına xidmət edir. Bunun üçün bağçamız sizə aşağıdakıları təqdim edir:
- Uşaqlar üçün sahibkarlıq
- Riyaziyyat
- Şahmat
- Robototexnika
- Süni intellekt
Dil və nitq
Erkən yaşda öyrənmənin təxmini 80% şifahi nitq vasitəsilə baş verir. Ona görə dinləmə, diqqət, diqqəti cəmləmə vacib bacarıqlardır. Bu bacarıqlar səslər, oxu haqqında məlumatlılıq üçün, oyun, sosiallaşma, kommunikasiya ə öyrənmə vaxtı önəm daşıyır. Bu bacarıqlar uşaqlara müxtəlif nağıl və hekayələr oxuyaraq, oxu vaxtı müxtəlif açıq tipli suallar verərək onların analitik düşünmə tərzini inkişaf etdirməyə kömək edir. Bağçamız bu sahənin inkişafı üçün aşağıdakıları təqdim edir:
- Oxu saatı
- Müxtəlif kitab evləri ilə olan layihələr
- İngilis/Rus/Azərbaycan dili
Fiziki inkişaf
Kiçik və böyük motor bacarıqlarının inkişafı sağlamlıq, idrak inkişafı, özünə qulluq kimi sahələrin inkişafını dəstəkləyir. Bunun üçün bağçamız təqdim etdiyi sahələr:
- Gimnastika
- Rəqs
- Yoqa
Bundan başqa bağçamızda aşağıdakı xidmətlər də təklif olunur:
- Psixoloq
- Loqoped
Həmçinin valideynlərin rahatlığını düşünərək təhlükəsiz nəqliyyat xidməti də təklif edirik.